Ceyhun Bayramov: "Ermənistan konstitusiyasında hələ də Azərbaycana qarşı müddəalar qalmaqdadır"
Ermənistanla müxtəlif istiqamətdə danışıqlar davam edir. Sülh gündəliyi ilə bağlı Azərbaycan iyunun sonunda Ermənistan tərəfinə təkliflər göndərib. Xarici işlər naziri Ceyhun Bayramovun sözlərinə görə, Ermənistan konstitusiyasında hələ də Azərbaycana qarşı müddəalar qalmaqdadır. Qarşı tərəfdən bu istiqamətdə addımlar atılması gözlənilir. Ceyhun Bayramov Azərbaycan İran əlaqələrindən də söz açıb. İki ölkəni dini və tarixi köklərin birləşdirdiyini bildirib.
Fərid Mehdiyev