Ceyhun Bayramov: Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası olmamasını müsbət qiymətləndiririk
Rəsmi Bakı Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiasının yer almamasını müsbət qiymətləndirir.Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov italiyalı həmkarı Antonio Tayani ilə birgə keçirdiyi brifinqdə bildirib.Nazir xatırladıb ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi 2025-ci il avqustun 8-də Vaşinqtonda paraflanıb. Onun sözlərinə görə, Azərbaycan sənədi imzalamağa hazırdır. Bunun üçün Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları çıxarılmalıdır.Ceyhun Bayramov qeyd edib ki, yeni Konstitusiya layihəsində belə bir müddəanın olmaması müsbət haldır. O vurğulayıb ki, bu məsələnin nə zaman həll ediləcəyi Ermənistanın daxili işidir.
23 noyabr 2026

