Ceyhun Bayramov BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyasında QH adından videomüraciətlə çıxış edib
Xarici işlər naziri Ceyhun Bayramov Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyasının yüksək səviyyəli seqmenti çərçivəsində keçirilmiş “İnkişaf Bəyannaməsinin 35-ci ildönümü münasibətilə yüksək səviyyəli tədbir”də Qoşulmama Hərəkatı adından açılış nitqi ilə videomüraciətlə çıxış edib. Nazir çoxtərəfli təsisatların rolunun zəiflədilməsi, pandemiyadan bərpa proseslərinin ləng getməsi, iqlim dəyişikliklərinin mənfi təsirlərinin mövcud qeyri-bərabərliklər üzrə xoş niyyətli dialoqu daha da zəruri etdiyini diqqətə çatdırıb.
Nərgiz Camalzadə