Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən tədbirdə çıxış edib.ABŞ hökumətinin təşkilatçılığı ilə keçirilən “Sülh vasitəsilə rifah: Trans-Xəzər Ticarət Marşrutuna və TRIPP-ə investisiya” adlı tədbirdə nazir Azərbaycanın regional bağlantıların gücləndirilməsi ilə bağlı mövqeyini təqdim edib.Ceyhun Bayramov bildirib ki, nəqliyyat və logistika əlaqələrinin inkişafı iqtisadi artıma, təchizat zəncirlərinin dayanıqlığının artırılmasına və yeni investisiya imkanlarının yaranmasına şərait yarada bilər.Nazir TRIPP layihəsinin Azərbaycan ərazisinin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz nəqliyyat bağlantısı yaradacağını, bununla yanaşı, regional əlaqələrin və enerji əməkdaşlığının inkişafına töhfə verə biləcəyini vurğulayıb.Layihənin həyata keçirilməsində ABŞ-ın dəstəyi yüksək qiymətləndirilib.
24 sentyabr 2026

