Ceyhun Bayramov Banqkokda səfərdədir
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının UNESCAP 82-ci sessiyasında iştirak etmək üçün Bangkok şəhərində səfərdədir.Tədbirdə inklüziv cəmiyyətlərin qurulması, məşğulluq, qadınların iqtisadi imkanlarının artırılması və sosial inteqrasiya məsələləri müzakirə olunur.Səfər çərçivəsində Ceyhun Bayramov həmçinin Tailandın Baş naziri Anutin Çarnanvirakul ilə görüşüb. Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivləri və regional məsələlər müzakirə olunub.
20 aprel 2026

