Ceyhun Bayramov ATƏT-in Polşadakı sessiyası çərçivəsində bir sıra görüşlər keçirib

Ermənistanla 30 ilə yaxın davam edən münaqişənin başa çatmasından sonra Azərbaycan indi onun mənfi nəticələrini aradan qaldırmağa başlayıb. Xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Polşada keçirilən Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında çıxışı zamanı uzun illər ATƏT daxilində konsensusdan sui-istifadəyə məruz qalmağımızdan danışıb. Qeyd edib ki, konsensus olmadan Ermənistana “ehtiyacların qiymətləndirilməsi missiyası”nın göndərilməsi bütün iştirakçı dövlətlərin kollektiv iradəsi ilə qəbul edilmiş mandatın açıq şəkildə pozulmasıdır. Nazir Ermənistanın Azərbaycan ərazilərində minalar yerləşdirməyə davam etməsini də qeyd edib. Ümumilikdə Azərbaycanın suveren ərazilərində 2021-ci ildə Ermənistanda istehsal olunan 2728 mina aşkar edilib. Bu minalar Laçın yolu ilə gətirilib. Bu, yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş bu yoldan açıq-aşkar sui-istifadədir.

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik