Ceyhun Bayramov aidiyyəti tərəfləri Ermənistan və Azərbaycan arasında normallaşmaya zərər verməməyə çağırıb
Xarici işlər naziri Ceyhun Bayramov Brüsselə işgüzar səfəri çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edib. Ceyhun Bayramov Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi barədə söz açıb. Azərbaycanın öz haqlı narahatlığını açıq şəkildə ifadə etməsinə baxmayaq, bəzi Avropa İttifaqına üzv dövlətlər tərəfindən qızışdırıcı ritorikanın və birtərəfli addımların davam etdirilməsindən narahatlıq ifadə edilib. Ceyhun Bayramov bir daha bütün aidiyyəti tərəfləri Ermənistan və Azərbaycan arasında normallaşmaya zərər verməməyə çağırıb.
Vüsalə Cənnətova