Xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Arye Laytstounu qəbul edib.Görüşdə Azərbaycan-ABŞ münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional məsələlər müzakirə olunub.2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən Zirvə görüşünün iki ölkə arasında strateji tərəfdaşlığın inkişafındakı əhəmiyyətini vurğulanıb. 2026-cı ilin fevralında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının icrası və yaradılmış işçi qruplarının fəaliyyəti nəzərdən keçirilib.Görüşdə enerji, investisiya, yüksək texnologiyalar, nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi, həmçinin Orta Dəhlizin inkişafı və TRIPP layihəsi barədə fikir mübadiləsi aparılıb.Tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, regional kommunikasiyaların açılması və davamlı sülhün təmin olunması məsələlərini də müzakirə ediblər.
06 oktyabr 2026

