Ceyhun Bayramov Əraqçi ilə regional məsələləri müzakirə edib
Xarici işlər naziri Ceyhun Bayramov Bişkekdə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə görüşüb.Bu barədə Xarici İşlər Nazirliyi "X" sosial media hesabında məlumat yayıb.Görüşdə Azərbaycan-İran ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Nazirlər yüksək səviyyəli dialoqun davam etdirilməsinin və iki ölkə arasında qarşılıqlı faydalı layihələrin irəlilədilməsinin vacibliyini vurğulayıblar.
01 sentyabr 2026

