Türkiyə ilə Azərbaycan müdafiə sənayesi sahəsində əməkdaşlığı daha da genişləndirəcək. Bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib. O, bildirib ki, Azərbaycan qardaş ölkədir və iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindən daha da irəliyə gedir.Müdafiə sənayesi sahəsində mövcud güclü əlaqələr gələcəkdə də inkişaf etdiriləcək.Türkiyə Cənubi Qafqazda sülhün təmin olunmasını dəstəkləyir.Azərbaycan və Ermənistan sülh istiqamətində ciddi irəliləyiş əldə edib və artıq sülhə çox az qalıb.Bölgədə sabitliyin yaranması Cənubi Qafqazın strateji rolunu artıracaq, Orta Dəhlizin inkişafına və Zəngəzur dəhlizinin açılmasına töhfə verəcək.Yılmazın sözlərinə görə, bu proses regionda həm təhlükəsizliyi, həm də rifahı gücləndirəcək.
06 may 2026

