İran ABŞ-yə münaqişənin həlli ilə bağlı yeni təklif göndərib. Təklifdə Amerika blokadasının ləğvi, Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpası və növbəti mərhələdə nüvə proqramı üzrə danışıqlara başlanması nəzərdə tutulur.Məlumatı Axios portalı yayıb. Təşəbbüs Pakistanın vasitəçiliyi ilə Vaşinqtona çatdırılıb.Mənbələrin məlumatına görə, bu addım danışıqlardakı dalandan çıxmağa və Donald Tramp administrasiyası ilə razılıq əldə etmək üçün fikir ayrılıqlarını azaltmağa yönəlib.Tərəflər atəşkəsin uzadılması və ya hərbi əməliyyatların tam dayandırılması variantlarını da müzakirə edir.ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarına tətbiq edilən dəniz blokadası çərçivəsində İranla əlaqəli 38 ticarət gəmisini dayandırıb. Bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb. Gəmilərə istiqamətlərini dəyişmək və ya geri qayıtmaq əmri verilib.
27 aprel 2026

