Sülh müqaviləsi istiqamətində danışıqlarda bəlli fasilə yaranmışdı. Buna baxmayaraq, mətn üzərində işlər davam etdirilirdi. Münhen Təhlükəsizlik konfransında Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında keçirilmiş görüşdən sonra prosesə yenidən start verilməsi barədə qərar qəbul olunub. Yaxın günlərdə Ermənistan nümayəndə heyəti ilə sülh müqaviləsi üzrə fiziki olaraq danışıqların keçirilməsi planlaşdırılır. Xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla Azərbaycan arasında münasibətlər baxımından hər hansı bir müsbət addım atılan zaman Fransanın çox böyük canfəşanlıq etdiyini və onun bu canfəşanlığının məhz məsələni gərgiləşdirmək və müsbət istiqamətdə inkişafa yol verməmək olduğunu da diqqətə çatdırıb.
Vüsalə Cənnətova