Canlı
Cari ildə Azərbaycan 174 ölkə ilə xarici ticarət əlaqələri saxlamışdır

2018-10-11 / 16:16

2018-ci ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 102 ölkəyə məhsul ixrac olunub, 166 ölkədən idxal olunub. Bu müddət ərzində ölkənin xarici ticarət dövriyyəsi 20 milyard 275,7 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 13 milyard 412,2 milyon dollar, idxalın dəyəri 6 milyard 863,5 milyon dollar təşkil edib, nəticədə 6 milyard 548,7 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Fərid Mehdiyev