Cari üzrə 19 antidopinq qayda pozuntusu üzrə araşdırma aparılıb
2021-12-23 12:12
Cari üzrə 19 antidopinq qayda pozuntusu üzrə araşdırma aparılıb. Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli bildirib ki, icraatlardan artıq 9-u üzrə qərar qəbul olunub, bir işə isə xitam verilib. O, 18 antidpoinq qayda pozuntusunun ümumilikdə 11 idman növündə qeydə alındığını bildirib. Bunlardan 5-i pauerliftinq, hərəyə 2-si güləş, velosiped idmanı, basketbol, hərəyə 1-i para-atletika, futbol, sambo, karate, boks, cüdo və paracüdoda qeydə alınıb.
Vüsalə camal