Canni De Byazi mətbuat konfransını yarımçıq tərk edib
"Bu gün 10 nəfərlə oynamaq çətin idi. Uşaqlar bundan artığını edə bilməzdilər". Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Belçikayla oyundan sonra mətbuat konfransında qarşılaşmanın çox ağır alındığını vurğulayıb. "Üç gündən bir oynamaq bizə çətindir. Seçmə mərhələdə az xal yığsaq da, sonadək mübarizə apardıq" - 67 yaşlı mütəxəssis qeyd edib. Mütəxəssis yığmadan ayrılacağı təqdirdə yerli jurnalistlərin suallarından darıxmayacağını söyləyib: "Karyeramda ilk dəfə belə halla rastlaşıram. Mənim günahım deyil. Burada işləyirəm və sizinlə görüşməyə məcburam. Bizim inkişafımızı görmək istəmirsiz. Qat-qat çox iş görmüşük. Mentaliteti dəyişirik” - deyən De Byazi suallardan əsəbiləşərək, konfransı yarımçıq tərk edib.
Emin İsazadə