Canni De Byazi: 10 nəfərlə sonadək mübarizə apardıq
"Bu gün meydanda ürəyimizi qoyduq". Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İsveçə 3:0 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələsinin oyunundan sonra mətbuat konfransında futbolçuların alqışa və artığına layiq olduqlarını söyləyib. 67 yaşlı mütəxəssis 10 nəfər qalmalarına baxmayaraq sonadək mübarizə apardıqlarını bildirib. Canni De Byazi görüş başa çatandan sonra köməkçisi Arif Əsədovu vurmasına da aydınlıq gətirib: "Onunla münasibətimiz əladır. Futbolda da 60 yaşlı kişilər özünü uşaq kimi aparır. Sadəcə, sevincimiz belə alındı" - italiyalı mütəxəssis qeyd edib.
Emin İsazadə