Canlı
Canavar Yevlax sakinlərinə qorxulu anlar yaşadıb

2018-02-14 / 14:02

Yevlaxda canavar evə hücum etmək istəyib. Rayonun Tanrıqullar kənd sakini Nasir Məmmədovun həyətinə girən yırtıcı 5 baş xırdabuynuzlu heyvanı parçalayıb, 10-a yaxın qoyunu isə yaralayıb. Hadisə baş verən an səs küyə ev sahibləri də oyanıblar. Yaşlı qadın işığı yandırıb pəncərəyə yaxınlaşan zaman canavar işıq gələn hissəyə atılıb. Şüşələri sındıra bilməsə də, ev sahiblərinə qorxulu anlar yaşada bilib.

Ruhəngiz Hacızadə