Cakartada Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə etiraz edilib
2020-11-07 10:04
İndoneziyanın paytaxtı Cakartada Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə etiraz olaraq aksiya keçirilib. İndoneziya Prezident Sarayının yaxınlığındakı Milli Abidənin qarşısında keçirilən aksiyada ölkənin 42 gənclər təşkilatının sədrləri və nümayəndələri iştirak ediblər. Onlar Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü müdafiə etmə haqqını dəstəkləyərək Ermənistan ordusunun şğal altındakı Azərbaycan ərazilərindən çıxarılmasını tələb ediblər.
Nərgiz Camal