Cəriməsi olan avtomobillər Rusiyadan Azərbaycana buraxılmayacaq

2021-04-16 12:10

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi beynəlxalq daşımalar həyata keçirən nəqliyyat vasitələri sahiblərinə və sürücülərə müraciət edib. Rusiyanın hazırda qüvvədə olan qanunvericiliyinə görə, əvvəllər Federasiya ərazisində inzibati xəta törədən xarici daşıyıcıya məxsus nəqliyyat vasitəsi Rusiya ərazisində yalnız inzibati cərimənin ödənilməsindən sonra hərəkət edə bilər. Xarici daşıyıcı və ya onu təmsil edən nümayəndə nəqliyyat vasitəsi Rusiyanın dövlət sərhəd buraxılış məntəqəsinə daxil olduqdan sonra 3 saat ərzində inzibati cəriməni ödəməlidir. Bununla yanaşı, bu il iyulun 7-dən etibarən eyni qaydaların Rusiyanı tərk etmək istəyən xarici daşıyıcıya məxsus nəqliyyat vasitələrinə də şamil olunacağı nəzərdə tutulub. Yəni, xarici daşıyıcıya məxsus nəqliyyat vasitəsi inzibati cərimənin ödənilmədiyi təqdirdə Rusiya ərazisini tərk edə bilməyəcək.

Nərgiz Camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik