"Cənubi Qafqaz regionunda artıq yeni reallıqlar yaranıb" Prezident İlham Əliyev
Cənubi Qafqaz regionunda artıq yeni reallıqlar yaranıb.Regionda baş vermiş son hadisələr Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş işğalı və hərbi təcavüzü kontekstində nəzərdən keçirilməlidir. ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanı qəbul ediən Prezident İlham Əliyev belə deyib. Dövlət başçısı işğal və təcavüzün nəticələrinə baxılmadan regionun gələcəyi ilə bağlı baxışların irəli sürülməsinin düzgün yanaşma olmadığını diqqətə çatdırıb.
Lalə Nəsib