Canlı
Cənubi koreyalı futbolçu Son Honq-Min əsgərliyə çağırılıb

2018-03-13 / 18:02

“Tottenhem”in cənubi koreyalı futbolçusu Son Honq-Min əsgərliyə çağırılıb. O, ölkəsində 21 ay hərbi xidmətdə olmalıdır. Əks halda futbolçunu həbs cəzası gözləyir. Futbolçunun hərbi xidmətdən azad olmaq üçün şansı var. Cənubi Koreya qanununa görə, idmançının olimpiya və ya Asiya oyunlarında medalı varsa, əsgərlikdən imtina edə bilər. Futbolçu bu ilin avqust ayında keçiriləcək Asiya oyunlarında millisi ilə medal qazansa, hərbi xidmətdən xilas olacaq.

Fərid Mehdiyev