Canlı
Cəlilabadda yolda sürüşmə aktivləşib

2018-09-14 / 16:18

Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunda sürüşmə aktivləşib. Ötən il payız-qış fəslində yağıntıların təsirindən yolun müxtəlif hissələrində asfalt qatı çökmüşdü. Cəngan və Soltankənd kəndləri arasındakı hissədə vəziyyət bir qədər çətindir. Yolun təpəlik ərazilərdən keçən bəzi yerlərində kənarların uçulması nəticəsində yol yatağında boşalamalar yaranıb. Bu da asfalt qatının tədricən sıradan çıxmasına gətirib çıxarıb. Artıq sözügedən ərazilər aidiyyəti qurumların nəzarəti altındadır.

Ruhəngiz Hacızadə