Cəlilabadda yaşayış binasında yanğın olub
Cəlilabadda ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yanğın olub. Ümumi sahəsi 42 m² olan 2 otaqlı mənzilin eyvanının tavanı 6 m² sahədə, 1 ədəd qapısı və binanın dam örtüyünün taxta atmaları 30 m² sahədə yanıb. Mənzilin və dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Vəfa Şairova