Cəlilabadda qəzada 1 nəfər dünyasını dəyişib
Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində baş verən qəzada bir nəfər ölüb.
Hadisə zamanı “VAZ-2107” və "Mitsubishi" markalı minik avtomobilləri toqquşub. Nəticəndə “Jiquli”nin sürücüsü, rayonun Maşlıq kənd sakini Elbəyi Adıgözəlov ölüb. Faktla bağlı araşdırma aparılır.
Nərgiz Camalzadə