Cəlilabadda "KamAz" 8 yaşlı uşağı vurub

Cəlilabadın Privolnı kəndi ərazisində "KamAz" markalı yük maşını hərəkətdə olarkən 8 yaşlı kənd sakini Aqşin Məmmədovu vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Aqşin Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.