Cəlilabadda 4 nəfər narkokuryer saxlanılıb
Cəlilabadda rayon sakini, əvvəllər məhkum olunmuş Nəsib Quliyev tutulub. Onun əlindəki torbadan 2 kiloqram 800 qram heroin, 5 kiloqrama yaxın həşiş qətranı və 4 kiloqram 265 qram marixuana götürülüb.
Digər əməliyyat zamanı isə Sumqayıt sakinləri Rəsul Mədətov, Salman Cəfərov və Rusif Talıbov şəhərdə sonuncunun idarə etiyi “Mercedes”də saxlanılıblar. Həmin nəqliyyat vasitəsində 1 kiloqram 400 qram heroin aşkarlanıb.
Nərgiz Camalzadə