Canlı
Cəlilabadda 26 yaşlı gənc bıçaqlanıb

2018-02-12 / 14:02

Cəlilabadda qanlı olay yaşanıb. Hadisə şəhərin Məhəmməd Hadi küçəsində qeydə alınıb. Belə ki, rayon sakini, 26 yaşlı Rəsul Vəliyev sol böyrək nahiyəsindən bıçaqlanıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilərək, Cərrahiyyə şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Ruhəngiz Hacızadə