Cəlilabadın Qarağac kənd sakini C.Həsənovun oğluna toy məclisi təşkil etdiyi müəyyənləşdirilib
2021-04-12 18:06
Cəlilabadın Qarağac kənd sakini C.Həsənovun oğluna toy məclisi təşkil etdiyi müəyyənləşdirilib, 7 nəfər cərimələnib. İmişlidə Şahverdili kənd sakini Nail Əzimovun həyətində qohumuna toy məclisi keçirdiyi də aşkara çıxıb, 2 nəfər cərimə olunub. Hacıqabulun Qarasu kəndində toy məclisi dayandırılıb, 2 nəfər barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Saatlının Qara Nuru kəndində isə yas mərasimində iştirak edən 4 nəfər cərimələnib. Abşeronun Xırdalan şəhəri və Masazır qəsəbəsində gecə saatlarında işləyən çay evlərinin icarədarları və 19 müştəri barəsində protokol tərtib edilib.
Fərid Mehdiyev