Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində məskunlaşıblar
2020-10-04 18:05
Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna verilsə də 17 iyun 1964-cü ildə yenidən yaradılıb. 23 avqust 1993-cü il tarixində rayon Ermənistan ordusu tərəfindən işğal edilib. İşğal nəticəsində rayona 13 milyard 928 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində məskunlaşıblar. Cəbrayıldakı saysız-hesabsız abidələrin, mağaraların, qalaların, bürclərin, məbədlərin qalıqları bu yaşayış ərazisinin yaşının VIII əsrdən daha qədim olmasından xəbər verir.
Nərgiz Camal