Cəbrayılda sərhəddə atışma olub, bir nəfər zərərsizləşdirilib
2021-04-05 14:00
Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun birgə məlumatına görə, aprelin 4-ü saat 20:45 radələrində “Horadiz” sərhəd dəstəsinin Cəbrayılın Şıxalıağalı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 6 nəfər silahlı şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmaları müşahidə olunub. Sərhəd pozucuları odlu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsdə cəhd ediblər. Sərhəd pozucularından İran vətəndaşı Behnam Balai zərərsizləşdirib. Onun yanında AKM tipli Kalaşnikov avtomatı, 3 ədəd bağlamada çəkisi 32 kiloqram 270 qram külli miqdarda narkotik vasitə aşkar olunub. İran vətəndaşı Məhəmməd Zarehi Tağı isə gizləndiyi yerdə aşkarlanaraq saxlanılıb.
Nərgiz camal