Cəbrayılda növbəti əmək yarmarkası keçiriləcək
Cəbrayıl rayonunda növbəti əmək yarmarkası keçiriləcək.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, tədbir aprelin 22-də saat 11-də təşkil olunacaq.Yarmarkada 20 müəssisə tərəfindən 100-ə yaxın vakansiya təqdim ediləcək.İş axtaranlara mühəndis, aqronom, mexanik, qaynaqçı, sürücü və digər peşələr üzrə iş imkanları təklif olunacaq.
İştirak etmək istəyən şəxslər şəxsiyyət vəsiqəsi ilə müraciət etməlidirlər.
16 aprel 2026

