Cəbrayılda iki yeni yaşayış kompleksi müasir standartlara uyğun şəkildə inşa olunur
Cəbrayıl şəhərində oktyabrın 28-də Prezident İlham Əliyevin təməlini qoyduğu ikinci və üçüncü yaşayış kompleksləri müasir standartlara uyğun şəkildə inşa olunur. Bərpa, Tikinti və İdarəetmə Xidmətinin məlumatına görə, ikinci kompleks 5,28 hektar ərazidə salınacaq və 23 binadan ibarət olacaq. Burada ümumilikdə 615 mənzil nəzərdə tutulur. Üçüncü kompleks isə 5 hektardan çox ərazini əhatə edəcək, 25 binada 746 mənzil inşa ediləcək. Layihələrdə bütün sosial infrastrukturun yaradılması planlaşdırılır.

