Cəbrayılda əsasən elektrikli nəqliyyat vasitələri işləyəcək
2021-10-05 14:10
Cəbrayılda yaşıl nəqliyyata çox böyük diqqət ayrılacaq. Bunu Prezident İlham Əliyevin Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə təqdimatla çıxış edən Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib. "Yaşıl dəhlizlər boyu velosiped yolunun uzunluğu 18 kilometr təşkil edəcək. Piyada yolları üçün daha uzun məsafəli - 70 kilometrlik zolaq planlaşdırılır", - deyə Anar Quliyev qeyd edib.
Nərgiz camal