Cəbrayılda şam ağacları əkilib
Cəbrayılda “Ağıllı tingçilik” ərazisində meşə-park kompleksinin salınması məqsədilə media nümayəndələrinin iştirakı ilə 200-dən artıq şam ağacı əkilib. Burada il ərzində ümumilikdə yerli iqlim şəraitinə uyğunlaşdırılmış 2 milyon müxtəlif tingin yetişdirilərək Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionunun meşə fondu torpaqlarında meşələrin salınmasına və yaşıllaşdırılmasına dəstək məqsədilə istifadə edilməsi planlaşdırılıb.
Vüsalə Cənnətova