Cəbrayıla geniş yol çəkilir
2021-10-05 10:05
Cəbrayıla geniş yol çəkilir. Bu yoldan Zəngəzur dəhlizində də istifadə olunacaq. Bu barədə Prezident, Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib. “Cəbrayıl şəhərinin baş planı sizə təqdim ediləcək. Əgər razılığınız olarsa, bu planı da təsdiq edəcəyik. Biz müharibəni zəfərlə başa vurduq. İndi sülh dövrünü də zəfərlə başlamışıq, zəfərlə başa vuracağıq”, - deyə Prezident vurğulayıb.
Vüsalə camal