Cəbrayılın işğaldan azad edilməsi zamanı Ermənistan ordusunun müdafiə xətləri məhv edilib
2020-11-15 12:04
Cəbrayılın işğaldan azad edilməsi zamanı Ermənistan ordusunun müdafiə xətləri məhv edilib. 80 erməni əsgərdən 40 nəfər qalıb. Bunu erməni MMA döyüşçüsü Eduard Vartanyan deyib. "Cəbrayılda olan erməni general təcili tibbi yardım maşınını saxlayıb, içindəki əsgərləri düşürüb, özü minib. Azərbaycanın Pilotsuz Uçuş Aparatları mülki maşınları, obyektləri vurmurdu, buna görə də erməni general təcili tibbi yardım maşını ilə ərazidən qaçıb", - deyə Vartanyan bildirib.
Vüsalə Camal