Cəbhənin Xocavənd istiqamətində düşmənin mövqelərinə artilleriya zərbələri endirilir
2020-11-09 17:00
Bu gün günorta saatlarında Xocalı-Şuşa yolu ilə Xankəndi istiqamətində hərəkət edən Ermənistan silahlı qüvvələrinin canlı qüvvə ilə dolu qoşqusunda D-30 topu olan 1 ədəd yük maşını zərbə PUA-sı ilə məhv edilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun cəbhənin Xocavənd istiqamətində düşmənin mövqelərinə və canlı qüvvəsinə atəşlə zərər vurması davam edir. Düşmənin səngərləri və sığınacaqları artilleriya zərbəsi ilə dağıdılır.
Nərgiz Camal