Cəbhədə döyüş olub, düşmənin 6 hərbçisi məhv edilib
Oktyabrın 9-da axşam saatlarında qoşunların təmas xəttində düşmənlə döyüş toqquşması zamanı Silahlı Qüvvələrimizin bölmələrinin qarşı tərəfə vurduğu zərbələr nəticəsində düşmənin 6 nəfərədək hərbi qulluqçusu məhv edilib, çoxlu sayda yaralısı var. Müdafiə Nazirliyindən bildirilib ki, Ordumuzun bir hərbi qulluqçusu yaralanıb. Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir.
Vəfa Şairova