Cüdo millimizin qatılacağı yarışların vaxtı açıqlanıb
2020-08-28 14:09
Cüdo millimizin qatılacağı yarışların vaxtı açıqlanıb. Dünya Cüdo Turunun mərhələləri 2020-2021-ci illərdə Budapeşt, Tokio, Doha şəhərlərində keçiriləcək. Macarıstan paytaxtı mərhələni oktyabrın ikinci yarısında qəbul edəcək. 2021-ci ildə Yay Olimpiya və Paralimpiya Oyunlarının təşkil olunacağı Yaponiya paytaxtında bu mərhələ dekabrda olacaq. Qətərin paytaxtında isə yarış 2021-ci ilin əvvəlində nəzərdə tutulub.
Nərgiz Camal