Canlı
Cüdo üzrə Azərbaycan çempionatına yekun vurulub

2017-12-29 / 10:07

Kişilər, qadınlar və usta cüdoçular arasında təşkil olunan cüdo üzrə Azərbaycan çempionatına yekun vurulub. Üç günlük mübarizənin son günündə kişilər arasında 100 və 100 kq-dan yuxarı çəki dərəcələrində ölkə çempionlarının adlarına aydınlıq gəlib. Adil Kərimli və Şahin Qəhrəmanov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Komanda yarışlarında isə “Neftçi” birinci, "Atilla" ikinci, Uşaq Gənclər İdman Məktəbi isə üçüncü olub.

Fərid Mehdiyev