Cüdoçular arasında Azərbaycan birinciliyinə start verilib
2021-01-14 12:05
Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində 18 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyinə start verilib. Yarışda ölkənin müxtəlif rayon və şəhərlərindən olan klublar, cəmiyyətlər və idman təşkilatlarından 479 oğlan, 89 qız olmaqla 568 idmançı mübarizə aparır.
Vüsalə camal