Cüdoçularımız reytinq cədvəlinə başçılıq edirlər
2020-10-12 13:01
Avropa Cüdo İttifaqı qitənin yeni reytinq cədvəlini açıqlayıb. Azərbaycan milli komandasının iki üzvü öz çəki dərəcələrində ilk pillədə qərarlaşıb. 73 kq-da Rüstəm Orucov və 78 kq-dan yuxarı çəkidə İrina Kindzerska rəqiblərini xeyli qabaqlayaraq 1-ci yeri tuturlar. Daha üç cüdoçu Avropa reytinq cədvəlində ilk onluğa düşməyi bacarıb. Elmar Qasımov 5-ci, Məmmədəli Mehdiyev 6-cı, Uşangi Kokauri isə 10-cu pillədə qərarlaşıb.
Nərgiz Camal