Cüdoçularımız Qran-pri turnirində mübarizə aparacaqlar
Oktyabrın 24-25-də Tacikistanın paytaxtı Düşənbədə gənclər arasında Qran-pri turniri keçiriləcək. Dünya Cüdo Turuna daxil edilən yarışda Azərbaycan 17 idmançı ilə təmsil olunacaq. Komandaya 10 oğlan və 7 qız cüdoçu daxildir.
21 oktyabr 2026

