Cüdoçularımız Böyük Dəbilqədə mübarizəyə başlayır
2021-05-05 10:08
Kazan şəhərində keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turnirinin püşkü atılıb. Bu gün start götürəcək yarışda iştirak edəcək Azərbaycan cüdoçularının da rəqibləri bəlli olub. Mayın 7-dək davam edəcək yarışda 10 idmançımız tatamı üzərinə çıxacaq. Onlardan yeddisi kişi, üçü qadın cüdoçudur.
Vüsalə Camal