BƏƏ Prezidenti COP29 Zirvə toplantısında iştirak üçün Azərbaycana dəvət edilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı COP29 Zirvə toplantısında iştirak etmək üçün Azərbaycana dəvət edib. Şeyx Məhəmməd bin Zayed Əl Nəhyana zəng edən dövlət başçısı Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin iştirakı ilə Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulmasının əhəmiyyətinə toxunub.
Azad Mustafayev