Bərdədə minik maşını evakuatorla toqquşub, sürücü ölüb
Bərdədə evakuatorla minik maşını toqquşub. Rayonun Cəyirli kəndində qeydə alınan hadisə 1954-cü il təvəllüdlü Nəriman Ağamirzəyevin idarə etdiyi "VAZ-2106", 1978-ci il təvəllüdlü Etibar Məmmədovun sürücüsü olduğu "İsuzu"ya arxadan çırpılıb. Nəticədə “VAZ” yoldan çıxaraq ağaca çırpılıb, sürücüsü hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev