Bərdədə canavar fermerə 10 min manata yaxın ziyan vurub
Bərdədə canavar təsərrüfata hücum çəkib. Rayonunun Tumaslı kəndində, Rza Hüseynova məxsus 20 baş xırdabuynuzlu heyvan tələf olub. Canavar 30 baş heyvanı isə yaralayıb. Tələf olmuş heyvanlar baytarlıq xidmətinin əməkdaşları tərəfindən dərmanlaraq basdırılıb. Təsərrüfatda quduzluğa qarşı vaksinasiya tədbirləri aparılıb. Hadisə zamanı fermerə 10 min manata yaxın ziyan dəyib.
Fərid Mehdiyev