Bərdədə bir ailənin 5 üzvü dəm qazından zəhərlənib
Bərdənin Körpüqıran kəndində bir ailənin 5 üzvü dəm qazından zəhərlənib. Belə ki, kənd sakinləri - 2018-ci il təvəllüdlü Y.Həsənli, 1987-ci il təvəllüdlü Həsənova Asimə Ələkbər qızı, 2012-ci il təvəllüdlü M.Həsənli, 1957-ci il təvəllüdlü Həsənova Fatma Mətiş qızı və 1983-cü il təvəllüdlü Həsənov Aqil Azər oğlu dəm qazından zəhərlənmə diaqnozu ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həmin şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.