Bədii gimnastlarımız Avropa çempionatında komanda hesabında medal qazanıblar
Macarıstanın Budapeşt şəhərində bədii gimnastika üzrə Avropa çempionatında milli komandamızın gənc fərdi gimnastları komanda hesabında medal qazanıblar. İlahə Bahadirova, Şəms Ağahüseynova, Gövhər İbrahimova və Fidan Qurbanlıdan ibarət komanda yarışın bürünc mükafatına sahib çıxıb. Turnirə mayın 26-ı yekun vurulacaq.
Azad Mustafayev