Bədii gimnastika yığmamız beynəlxalq turnirə qatılacaq
Azərbaycanın bədii gimnastika yığması Estoniyanın paytaxtı Tallində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək. İlk dəfə təşkil olunacaq “Tallin Open” aprelin 5-7-də baş tutacaq. Yarışda Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət komanda böyüklərin yarışında ölkəmizin şərəfini qoruyacaq. İlona Zeynalova, Mədinə Dəmirova, Alina Məmmədova böyüklər, Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova və Fidan Qurbanlı isə gənclər arasında fərdi yarışlarda mübarizə aparacaq.
Vüsalə Cənnətova